Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün dərc olunmuş məlumatlar fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Cari həftənin əvvəlindən EUR/USD valyuta cütlüyü 1.0474 səviyyəsindən 1.0534 səviyyəsinə qədər bahalaşsa da, bugün səhər saatlarında 1.0506 səviyyəsinə qədər eniş sərgiləyib. Qızılın qiyməti eniş tendensiyasını davam etdirir. Dəyərli metal 2644$-a qədər ucuzlaşandan bir qədər bahalaşıb və 2650$ səviyyəsində qərarlaşıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayı ilə müqayisədə dekabr ayında 49.7 bənd səviyyəsindən 48.3 bənd səviyyəsinə qədər enib. Xidmət sektoru üzrə açıqlanan PMI göstəricisi proqnozları üstələyib. Belə ki, indeks 56.1 bənddən 58.5 bəndədək yüksəlib. Bu dövrdə 38 ayın ən yüksək səviyyəsini qeyd edən və bazar gözləntilərinin üzərində olan indeksin 55.7 bəndə çatacağı təxmin edilirdi. 
Həmçinin, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, ilkin məlumatlara görə, noyabr ayında olduğu kimi, dekabr ayında da 45.2 bənd təşkil edib. Analitiklər göstəricinin 45.3 bənd səviyyəsinədək yüksələcəyini proqnoz etmişdilər. Birliyin xidmət sektorunda PMI isə 49.5 bənddən 51.4 bəndədək yüksəlib. Almaniyanın sənaye sektorunda PMI noyabr ayı ilə müqayisədə dekabr ayında 43 bənd səviyyəsindən 42.5 bənd səviyyəsinə qədər geriləyib. Xidmət sektorunda isə PMI indeksinin 49.3 bənddən 49.5 bəndədək yüksələcəyi ehtimal olunsa da, göstərici proqnozları üstələyib və 51 bənd səviyyəsində dərc olunub.
Bazar ertəsi günü "Bitcoin" 107810$ səviyyəsinə qədər bahalaşaraq yeni tarixi rekordunu təyin edib. Analitiklərin fikrincə, məzənnə Donald Trump administrasiyasının rəhbərliyi altında əlverişli kriptovalyuta siyasətinin proqnozları ilə dəstəklənir. Verilən məlumatlara əsasən, onun ABŞ prezidenti seçilməsindən sonra "Bitcoin ETF"-ləri 9.3 milyard dollar vəsait cəlb edə biliblər.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və saat 18:15-də açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir. Eləcə də, bugün Böyük Britaniyada İşsizlik Səviyyəsi, Almaniyada "IFO" Biznes Mühiti İndeksi, Avrozonada Ticarət Saldosu və Kanadada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlaanıb. / marja.az

Maliyyə     Tarix: 17 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri