Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə də, yapon yeni qarşısında ucuzlaşdı. Belə ki, USD/JPY valyuta cütlüyü həftə ərzində 158.200 səviyyəsindən 154.970 səviyyəsinə qədər ucuzlaşıb. EUR/USD cütlüyünün isə 1 sent bahalaşdığının şahidi oluruq. Dollar bir qədər zəifləməsi fonunda qızıl "güvənli liman" maliyyə aləti kimi dəyər qazandı və 2700$-ın üzərinə qalxaraq, 2724$ səviyyəsinə qədər bahalaşdı.
Cümə günü Bayden administrasiyası Rusiya neft istehsalçıları və tankerlərinə qarşı daha geniş sanksiyalar elan edib. Analitiklərin fikrincə, ABŞ-ın Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalara görə tədarüklə bağlı narahatlıqlar və ABŞ-ın mümkün faiz dərəcəsinin aşağı salınması ilə tələbin bərpası proqnozları xam neft bazarını dəstəkləyəcək. Dollar indeksi (DXY) 0.24% itirərək 109.08 bənd təşkil edib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün investorlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini maraqla izləyəcəklər. Cari ticarət həftəsində isə cümə günü ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Yaponiyada açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftəyə 1.0240$ səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0178 səviyyəsinə qədər ucuzlaşsa da, burada bahalaşdı və həftəlik şamını 1.0275 səviyyəsində tamamladı.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə təsir göstərə bilər.
"Ayılar" qiyməti təzyiq altında saxalamağa davam edərsə, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2204 səviyyəsində başlayan GBP/USD məzənnəsi həftə ərzində ilk öncə 1.2098 səviyyəsinə kimi ucuzlaşdı, sonra isə 1.2306 səviyyəsini qədər bahalaşdı. Nəticədə cütlük həftəni 1.2165$ səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq İşsizlik Səviyyəsi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsi "ayılar"-ın təsiri ilə yenidən 1.22$ həddinin altına düşüb, həmin həddin altında qalarsa, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların "güvənli liman" olaraq sığındıqları qızıl ötən həftə 2724$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə "ayılar"ın müqaviməti ilə üzləşən dəyərli metal 2690$-a kimi ucuzlaşdı. Hazırda 2709$-dan təklif olunan qızılda "buğalar"-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2715$, 2730$ və 2743$ hədləri çıxış edir.
OİL
Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq olunması fonunda "Brent" markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin üzərinə qalmaqda davam edir. Ötən həftə 82.80$ səviyyəsinə qədər yüksələn OLİ/UK, cari həftəyə 81.40$ həddində başladı. Cari həftə ərzində "Brent" neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət hədləri kimi, 81.75$, 82.80$ və 83.70$ hədləri çıxış edir.
 Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 20 yanvar 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri