Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Almaniyada və ABŞ-da dərc olunan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşıb. EUR/USD valyuta cütlüyü bazar ertəsi günü 1.0533 səviyyəsini test etdikdən sonra 1.0425 səviyyəsinə qədər ucuzlaşıb. EUR/GBP cütlüyü isə 0.8420 səviyyəsindən 0.8380 səviyyəsinə qədər geriləyib. 
USD/JPY cütlüyü dünən günün birinci yarısında 153.700 həddinə qədər kəskin ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və bugün 155.950 həddinə qədər yüksəlib. Qeyd etmək lazımdır ki, bugün Yaponiya Bankı (BoJ) İstehlak Qiymətlərinin Baza İndeksinin dekabr ayında illik ifadədə 1.9%-ə qədər artdığını açıqladı. Eyni dövr ərzində USDCHF valyuta cütlüyü 0.8965 səviyyəsindən 0.9059 səviyyəsinə qədər bahalaşıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çinin süni intellekt startapı "DeepSeek" ilə bağlı narahatlıqlar fonunda ABŞ-da çip istehsalçılarının səhmlərinin qiyməti kəskin şəkildə ucuzlaşdı. Mütəxəssislər hesab edirlər ki, "DeepSeek" ABŞ-ın aparıcı süni intellekt şirkəti və "ChatGPT"-nin yaradıcısı "OpenAI" üçün ciddi rəqib ola bilər. Belə ki, "Nvidia"-nın səhmləri 16.97% ucuzlaşıb. Bu da onun bazar kapitallaşmasının 600 milyard dollar azalmasına səbəb olub. Bu Amerika bazarı tarixində rekord göstəricidir. "Broadcom" səhmləri 17.31%, "Alphabet" 4.19%, AMD 6.39%, Intel 2.55% ucuzlaşıb.
Dolların bahalaşması dünən qızılın qiymətinin ucuzlaşmasına səbəb olub. Dəyərli metal artıq 2740$ səviyyəsinə yaxınlaşıb. "Brent" markalı neftin qiyməti isə 76.90$ səviyyəsini test edib. Hazırda "qara qızıl"-ın dəyəri 77.95$ təşkil edir. 
Bazar ertəsi günü "IFO" tədqiqat institutunun yaydığı hesabata əsasən, Almaniyada Biznes Mühiti İndeksi dekabr ayı ilə müqayisədə yanvar ayında 84.7 bənd səviyyəsindən 85.1 bənd səviyyəsinə kimi yüksəlib. Dərc olunan göstərici analitiklərin 84.9 bəndlik proqnozunu üstələyib. ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 3.6% artıb  və 698 min təşkil edib. 
Bugün investorlar ABŞ-da Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq "CB" İstehlakçıların İnam İndeksini diqqətlə izləyəcəklər. Həmçinin, Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi İndeksi bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 28 yanvar 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri