Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cari həftənin ilk günündən major valyutalar qarşısında zəifləyən dollarda tendensiyanın necə davam edəcəyinə aydınlıq gətirməyə çalışan investorlar bugün Amerikada açıqlanacaq Orta saatlıq Qazanclar (aylıq, illik), Ümumi İşsizlik Səviyyəsi, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) kimi çox önəmli göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları hər ayın ilk həftəsinin cümə günü NFP, işsizlik nisbəti və orta saatlıq qazanc/gəlir məlumatlarına diqqət yetirirlər. Dünyanın ən mühüm iqtisadiyyatı olan ABŞ-ın, həm işçi sayı, həm iş saatları, həm də əmək haqlarındakı aylıq dəyişikliklərini izlədiyimiz bu məlumatlarla məşğulluq və inflyasiya kimi əsas göstəricilərin cari vəziyyətini şərh etmək və eyni zamanda ABŞ Federal Ehtiyyatlar Sisteminin pul-kredit siyasətinə dair mümkün tədbirləri təxmin etmək kritik əhəmiyyət kəsb edir. Həmçinin, bu xəbər axınının aktiv qiymətlərinə olan ani təsirləri də maliyyə bazarlarında əməliyyat aparanların əsas gündəmini təşkil etdiyi üçün bu amil xəbərin əhəmiyyətini daha da artırır. Bu səbəbdən, kritik ABŞ məlumatlarının nəticələrini yaxından araşdırmalıyıq.
Cümə axşamı günü qızılın bir unsiya üçün qiyməti 2834$-a qədər ucuzlaşsa da, buradan "buğalar"-ın dəstəyini alaraq yenidən bahalaşdı. Hazırda 2868$-dan təklif olunan "sarı metal" investorları qiymətləri 2900$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 3000$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
McDonalds haqqında maraqlı faktlar
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
1000 manatla hansı biznesi qurmaq olar?
Birbank xidmətinə necə qoşulmaq olar?