Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin baş tutmuş çıxışı fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.0328 səviyyəsindən 1.0380 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə 1.2332 həddindən dəstək alaraq artım göstərib və bugün səhər saatlarında 1.2458 həddinə qədər bahalaşıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qızılın dəyəri tarixi maksimum səviyyəsini yenilədikdən sonra ucuzlaşır. 2942$ səviyyəsinə qədər yüksələn dəyərli metalın qiyməti 2886$ səviyyəsinə qədər geriləyib. Neftin atrım tendensiyası isə bir qədər səngiyib. "Brent" markalı neftin bir barrel üçün qiyməti 77.50$ təşkil edir.
Çərşənbə axşamı günü ABŞ Senatının Bank Komitəsi qarşısında çıxış edən FED sədri Cerom Pavel bildirib ki, tənzimləyici qurumun uçot faiz dərəcəsini daha da azaltmağa tələsməyə ehtiyac görmür. Onun fikrincə, pul siyasəti indi əvvəlkindən daha az məhdudlaşdırıcı olduğundan və ABŞ iqtisadiyyatı güclü olaraq qaldığından, yanaşmalarını dəyişmək üçün tələsməyə ehtiyac yoxdur.
"İqtisadiyyat güclü qalsa, lakin, inflyasiya hədəf səviyyəsinə doğru davamlı şəkildə irəliləməsə, siyasətimizi daha uzun müddət məhdudlaşdırıcı saxlaya bilərik. Əgər əmək bazarında gözlənilməz bir zəifləmə olarsa və ya inflyasiya gözləniləndən daha sürətlə yavaşlarsa, buna uyğun olaraq siyasəti yumşaldacağıq", - FED sədri qeyd edib.
İngiltərə Bankının sədri Endryu Beyli isə siyasətçiləri bazar tənzimləmələrini yüngülləşdirməyə qarşı xəbərdar edərək, iqtisadi artım və maliyyə sabitliyi arasında "heç bir kompromisin olmadığını" deyib. Çikaqo Universitetində Biznes Məktəbində çıxış edən Beyli maliyyə tənzimləmələrinə, xüsusən də, tənzimləyicilərin 2008-ci il maliyyə böhranına cavab olaraq qəbul etdiyi maliyyə sabitliyi tədbirlərinə qarşı geri çəkilməni qeyd etdi.
Bugün bazar iştirakçılarının diqqəti ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəricilərində olacaq. Belə ki, analitiklərin fikrincə Amerikada aylıq inflyasiya 0.4%-dən 0.3%-ə qədər azalıb. Həmçinin, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel bugün bir daha çıxış edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 12 fevral 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri