Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü ABŞ-da inflyasiyaya dair göstəricilərin proqnozların üzərində dərc olunması və Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı fonunda beynəlxalq birjalarda volatillik artıb. Belə ki, EUR/USD valyuta cütlüyü istehlak qiymətlərinə dair məlumatlar açıqlandıqdan sonra 1.0317 səviyyəsinə qədər gerilədi, lakin, bir necə saat ərzində 1.0429 səviyyəsinə kimi kəskin bahalaşdı. Hazırda məzənnə 1.0433 səviyyəsindədir.
GBP/USD cütlüyü eyni dövr ərzində 1.2375 həddinə qədər ucuzlaşdıqdan sonra 1.2495 həddinə qədər kəskin bahalaşdı. USD/JPY cütlüyü isə 154.790 səviyyəsinə qədər bahalaşdı. Dolların təzyiq altında qalması qızılın qiymətinin qalxmasına səbəb oldu. Dəyərli metal 2864$ həddini aşağıya doğru test etdikdən sonra 2921$ həddinin üzərinə qalxdı. "Brent" markalı neftin qiyməti dünən başlayan eniş tendensiyasını davam etdirib. "Qara qızıl" hazırda 75.20$ səviyyəsində ticarət olunur.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-ın Əmək Departamentinin verdiyi məlumata əsasən, ölkədə illik inflyasiya dekabr ayı ilə müqayisədə yanvar ayında 2.9%-dən 3%-dək artıb. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək artım tempi olub. Dərc olunan göstərici analitiklərin 2.9%-lik proqnozunu üstələyib. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi yanvar ayında 0.4%-dən 0.5%-ə qədər yüksəlib və analitiklərin proqnozlarının üzərində dərc olunub. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (CPİ Core) aylıq ifadədə 0.4%, illik ifadədə isə 3.3% artıblar. 
Yanvarda ABŞ dövlət büdcəsinin kəsiri 128.64 milyard dollar təşkil edib ki, bu da, ötən ilin eyni ayı ilə (21.93 milyard dollar) müqayisədə demək olar ki, altı dəfə çoxdur. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Büdcə gəlirləri keçən ay 7.5% artaraq ötən ilki 477.32 milyard dollardan 513.294 milyard dollara çatıb. Eyni zamanda, xərclər 28.6% artaraq 499.25 milyard dollardan 641.935 milyard dollara qədər yüksəlib. Oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilinin ilk dörd ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə (58%) artaraq rekord həddə - 839.585 milyard dollara çatıb.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada dərc olunacaq ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəriciləri investorların diqqət mərkəzində olacaq. Həmçinin, eyni saatda Almaniyada İstehlak Qiymətləri İndeksi göstəriciləri açıqlanacaq. Əlavə olaraq, Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi, eləcə də ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və İstehsal Qiymətləri İndeksi bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 13 fevral 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri