Qlobal çip istehsalçıları rekord səviyyədə dəyər qazandı
Qlobal çip istehsalçıları, süni intellekt partlayışından sonra rekord səviyyələrdə dəyər qazanıb.
Biznes.az xəbər verir ki, aparılan hesablamalara görə, Filadelfiya Birjası Yarımkeçirici İndeksi və Asiya çip səhmlərini izləyən bir indeks son sessiyada ümumi bazar dəyərinə təxminən 200 milyard dollar əlavə edib.
Kore çip səhmləri, OpenAI ilə bağlanan razılaşmalardan sonra 10%-ə qədər artaraq rekord səviyyələrə çatıb. SK Hynix 10%, Samsung Electronics isə 3,5% yüksəlib. Avropada isə ASML Holding-in səhmləri avqust ayındakı ən aşağı göstəricilərdən bu yana təxminən 50% dəyər qazanıb.
Vantage Markets analitiki Hebe Chen bildirib: "Süni intellekt momentumu sanki cazibə qüvvəsi yoxmuş kimi zəifləmək bilmir. Balon müzakirələri davam etsə də, bazara ‘qaçırma qorxusu’ hakimdir."
Investorlar, OpenAI-in 500 milyard dollarlıq dəyərlənməsi və Intel-AMD əməkdaşlığı xəbərlərinin yaratdığı nikbinliklə hərəkət edirlər.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?