Rabitəbank "11:FS Pulse" platforması ilə əməkdaşlığa başladı

Rabitəbank ®Rabitəbank rəqəmsal bankçılığın inkişafı, müştəri təcrübəsinin təkmilləşdirilməsi və bazar trendlərinin daha dərindən təhlili məqsədilə dünyanın aparıcı tədqiqat platformalarından biri olan 11:FS Pulse ilə yeni əməkdaşlığa start verib.
 "Rahat bankçılıq" konsepsiyasının hər bir müştəri üçün əlçatan olması, rəqəmsal həllərin daha çevik, daha funksional və daha intuitiv formada təqdimatı məqsədilə çalışan Rabitəbankın 11:FS Pulse platforması ilə əməkdaşlığı bu istiqamətdə atılan mühüm addımlardan biridir. 
Yeni əməkdaşlıq çərçivəsində bank rəqəmsal kanallarda dataya əsaslanan istifadəçi təcrübəsini daha da təkmilləşdirəcək, innovativ həllərin bazara çıxma müddətini sürətləndirəcək, qlobal rəqəmsal bankçılıq standartlarına uyğun yeni məhsul və xidmətlərin hazırlanması üçün daha güclü analitik baza əldə edəcək, bundan əlavə beynəlxalq araşdırma prosesləri vasitəsilə beynəlxalq təcrübəni real vaxtda izləyəcək.
Qeyd edək ki, "11:FS Pulse", qlobal miqyasda bankçılıq, rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı davranışlarını, istifadəçi təcrübələrini, bazar tendensiyalarını və ən yaxşı beynəlxalq nümunələri təqdim edən analitik platformadır. Platforma həmçinin yüzlərlə qabaqcıl bank və fintex şirkətlərinin real istifadəçi axınlarını, interfeys həllərini və innovativ yanaşmalarını müqayisəli şəkildə araşdırmağa imkan yaradır.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 15 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri