Rabitəbank 2023-cü ilin III rübünün maliyyə hesabatını açıqlayıb

Rabitəbank 2023-cü ilin III rübünün maliyyə hesabatını açıqlayıbÖlkənin aparıcı banklarından olan Rabitəbank bu ilin ilk 9 ayını əhatə edən maliyyə göstəricilərinə dair hesabatını ictimaiyyətə təqdim edib.
2023-cü ilin III rübündə Rabitəbankın mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 4 milyon 142 min manat artaraq 16 milyon 817 min manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 48.8 milyon və ya 5% artaraq 1 milyard 3 milyon manat təşkil edib.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 15% artaraq 701,5 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 241,4 milyon manat (illik müqayisədə 17% çox), biznes kreditləri 334.6 milyon manat (illik müqayisədə 10% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 125,5 milyon manat (illik müqayisədə 26% çox) təşkil edib.
Bankın qazandığı nailiyyətlərdən biri də faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.44% artaraq 65,7 milyon manata çatıb. Qeyd edək ki, bankın qeyri-faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 11.7 % təşkil edib.
Açıqlanan hesabatdan görünür ki, bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir və bankın kapitalı 7% artaraq 119,5 milyon manata çatıb.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 28 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri