"Rabitəbank" 2025-ci ildə 11 mln. manat üzərində xalis mənfəət əldə edib
"Rabitəbank" ASC-nin 2025-ci ili üzrə xalis mənfəəti 11,33 mln. manat olub. Bu da 2024-cü illə müqayisədə 23,7% azalıb. Halbuki, 2024-cü ildə 14,85 mln. manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, 2025-ci ildə bankın faiz gəlirləri 137,59 mln. manat olub, bu, əvvəlki ilə nisbətən 20,4% artım deməkdir. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 125,969 mln. manat təşkil edərək 25,2% artıb.
Bankın faiz xərcləri isə 57,905 mln. manatla əvvəlki ilə nisbətən 31,6% artıb. Bu, 2024-cü ildə 43,989 mln. manat idi.
Bankın bölüşdürülməmiş mənfəəti 2025-ci ilin sonunda 15,902 mln. manat olub. Cəmi kapital isə 122,965 mln. manatdan 131,529 mln. manata yüksəlib.
"Rabitəbank"ın aktivləri 2024-cü illə müqayisədə 21,5% artımla 1 mlrd. 402,3 mln. manata yüksəlib. Müştərilərə verilmiş kreditlərin həcmi 941,289 mln. manata çatmaqla illik 11% artıb. Depozitlər 878,3 mln. manat təşkil edərək 29,7% artıb. 2024-cü ildəki depozitlər 677,22 mln. manat idi.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın əh bahalı brendləri - TOP-10
ZARA-nın uğur hekayəsi
Kriptovalyuta nədir və necə alınır?
CV-nin tərtib edilməsi prinsipləri
Elon Musk kimdir?