Rabitəbank da maliyyə göstəricilərini açıqladı - 17 MİLYON AYAXIN MƏNFƏƏT
Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC bu ilin 9 ayını (yanavr-sentyabr) əhatə edən maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-cü ilin 9 ayında Rabitəbankın mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 4 milyon 142 min manat artaraq 16 milyon 817 min manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 48.8 milyon və ya 5% artaraq 1 milyard 3 milyon manat təşkil edib.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 15% artaraq 701,5 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 241,4 milyon manat (illik müqayisədə 17% çox), biznes kreditləri 334.6 milyon manat (illik müqayisədə 10% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 125,5 milyon manat (illik müqayisədə 26% çox) təşkil edib.
Bankın qazandığı nailiyyətlərdən biri də faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.44% artaraq 65,7 milyon manata çatıb. Qeyd edilib ki, bankın qeyri-faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 11.7 % təşkil edib.
"Açıqlanan hesabatdan görünür ki, bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir və bankın kapitalı 7% artaraq 119,5 milyon manata çatıb",- məlumatda bildirilir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 28 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


/ marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən varlı 10 müğənnisi