"Rabitəbank" maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏTİ ARTIB

"Rabitəbank" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 5 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 475 min manat və ya 10,1% artıb. Xalis mənfəətin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
"Rabitəbank" ASC-ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 25 milyon 792 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 31 milyon 580 min manat təşkil edib (5 milyon 788 min manat və ya 22,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 13 milyon 111 min manatdan 22 milyon 346 min manata yüksəlib (9 milyon 235 min manat və ya 70,4% artıb).
2022-ci ilin yanvar-iyun dövründə "Rabitəbank" ASC-ın cəmi əməliyyat gəlirləri 53 milyon 926 min manat, əməliyyat xərcləri 43 milyon 628 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 298 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 5 milyon 137 min manat ayırıb və ilk yarımili 5 milyon 161 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə "Rabitəbank" ASC-ın cəmi əməliyyat gəlirləri 38 milyon 903 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 923 min manat, əməliyyat mənfəəti 11 milyon 980 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 7 milyon 294 min manat, xalis mənfəəti 4 milyon 685 min manat təşkil etmişdi. 
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2022-ci il tarixində "Rabitəbank" ASC 965 milyon 239 min manat cəmi aktivlərə, o cümlədən 556 milyon 448 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 1 milyard 17 milyon 872 min manat cəmi aktivlərə, o cümlədən 473 milyon 963 min manat kredit portfelinə malik idi. Ötən ilin sonu ilə müqayisədə "Rabitəbank"ın kredit portfeli 82 milyon 485 min manat və ya 17,4% artıb.
Xəbər yenilənir...

Banklar     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank