"Rabitəbank" mayda ITFC-dən $10 milyon borc alıb
Azərbaycanın "Rabitəbank" ASC-si tanınmış maliyyə korporasiyası ilə ABŞ dollarında kredit müqaviləsi imzalayıb.
Banker.az-ın əldə etdiyi məlumatda deyilir ki, Bank ilə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) arasında 10 milyon ABŞ dolları (cari məzənnə ilə 17 mln. manat) məbləğində "Letter of Credit Confirmation Facility" (Akreditiv) müqaviləsi imzalanmışdır.
Müqavilə 13 may 2023-cü il tarixində imzalanıb.
Bankın kredit təşkilatları qarşısındakı borc öhdəliyi 1 aprel 2023-cü il tarixinə 226.45 mln. manat idi və bu ilin əvvəlində 193.17 manat təşkil etmişdi.
ITFC İslam Əməkdaşlıq Təşkilatı ölkələri tərəfindən 2008-ci ildə yaradılıb, baş ofisi Səudiyyə Ərəbistanındadır.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri