Rabitəbank və "İnnovasiyalar Mərkəzi" şəhid övladları üçün "Zəfərin gələcəyi" layihəsini həyata keçirib

Rabitəbank və ®1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" ASC və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı, "Bilim Quba" mərkəzinin təşkilati dəstəyi ilə Quba rayonunda şəhid övladları üçün "Zəfərin gələcəyi" layihəsi həyata keçirilib. Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarından 100-ə yaxın şəhid övladının iştirak etdiyi layihədə uşaqlar elm, texnologiya və yaradıcılıqla zəngin, eyni zamanda əyləncəli və yaddaqalan bir gün keçiriblər.
Layihə çərçivəsində yaradılan səmimi və pozitiv mühit uşaqların həm öyrənməsinə, həm də xoş vaxt keçirməsinə şərait yaradıb. Tədbir zamanı uşaqlar riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya və astronomiya sahələrində keçirilən interaktiv məşğələlərə qoşulub, müxtəlif təcrübələr apararaq elmin maraqlı tərəflərini yaxından kəşf ediblər. Onlar teleskop vasitəsilə müşahidələr aparıb, elmi eksperimentlərdə iştirak edib, intellektual oyunlarda qüvvələrini sınayıb və komanda fəaliyyətləri zamanı yeni dostluqlar qazanıblar.
Eyni zamanda uşaqlara maliyyə savadlılığı, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə etməyin əhəmiyyəti izah olunub. Bu fəaliyyət uşaqlarda erkən yaşlardan maliyyə məsuliyyətinin formalaşdırılmasına töhfə verib.
 "Zəfərin gələcəyi" layihəsi bir daha göstərib ki, uşaqların öyrənmək həvəsini dəstəkləmək, onların dünyagörüşünü genişləndirmək və gələcəyə inamını gücləndirmək cəmiyyətin ən vacib investisiyalarından biridir.  Layihənin sonunda iştirakçılar üçün əyləncəli proqram təşkil olunub, onlar birlikdə cizgi filmi izləyərək günü xoş təəssüratlar və unudulmaz xatirələrlə başa vurublar.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və Rabitəbank və / banker.az

Banklar     Tarix: 01 iyun 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri