Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyasi"

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi "Bahar kampaniyası" ilə qarşılayır.
Kampaniya çərçivəsində müştərilər 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.5%-dən başlayan faiz dərəcəsi, 48 ayadək müddətə və 0% komissiya ilə əldə edə biləcəklər. Bu sərfəli şərtlər müştərilərə gündəlik maliyyə ehtiyaclarını qarşılamaq, şəxsi planlarını həyata keçirmək və gələcək məqsədlərinə daha rahat çatmaq imkanı yaradır.
Kampaniya müştərilərə əlavə üstünlüklər də təqdim edir. Belə ki, digər banklarda daha yüksək faizlə götürülmüş kreditlərini Rabitəbanka köçürən müştərilər üçün faiz dərəcəsinə əlavə 3% endirim tətbiq olunur və bu zaman kredit 0% komissiya ilə rəsmiləşdirilir. Bundan əlavə müştərilər kredit üçün yalnız filiallara müraciət etməklə kifayətlənməyərək, "Rabita Mobile" mobil tətbiqi və onlayn müraciət platforması vasitəsilə də rahat şəkildə sifariş edə bilərlər.
"Bahar kampaniyası" çərçivəsində təqdim olunan xüsusi şərtlərdən 1 aprel 2026-cı il tarixinədək yararlanmaq mümkündür.
Bahar yalnız təbiətin deyil, həm də arzuların çiçək açdığı mövsümdür. Rabitəbank isə bu mövsümü sizin üçün daha sərfəli və daha əlçatan edir. Fürsəti dəyərləndirin və planlarınızı sonraya saxlamayın.
Bununla yanaşı, Rabitəbank Kartmane Taksit kartı istifadəçiləri üçün "Novruz Payı" kampaniyasını da təqdim edir ki, bu kampaniya çərçivəsində müştərilər gündəlik və onlayn alışlarını 0% komissiya ilə taksitə bölmək imkanından yararlana bilərlər. "Bahar kampaniyası" çərçivəsində nağd pul krediti rəsmiləşdirən müştərilərə Kartmane Taksit kartı da hədiyyə olunur.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 17 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi