"Rabitəbank"ın səhmdarlarına dividend, üst rəhbər heyətinə bonus ödəniləcək
"Rabitəbank" ASC müşahidə şurasının 22 yanvar 2024-cü il 7 nömrəli qərarına əsasən, 2024-cü il martın 12-si saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, Bankın yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bankın 2023-cü maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrini yeni redaksiyada təsdiq edilmiş "Banklarda Korporativ İdarəetmə Standartları"- nın tələblərinə uyğun olaraq təsdiqi.
4. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
5. Bankın üst rəhbər heyətinə illik bonusların ödənilməsi.
6. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33.
Xəbər verdiyimiz kimi, "Rabitəbank" ASC 2023-cü ili 13 milyon 61 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə bağlamışdı.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?