"Rabitəbank"ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU

"Rabitəbank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Rabitəbank" 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 2 milyon 725 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4,1 dəfə və ya 8 milyon 456 min manat artıb. Xalis mənfəətin kəskin artması əsasən mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın 4 dəfədən çox azalmasından, eyni zamanda, gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Rabitəbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 117 milyon 222 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 40,2% və ya 33 milyon 631 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 83 milyon 591 min manat təşkil etmişdi.  
2022-ci ildə "Rabitəbank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 96 milyon 596 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 49% və ya 31 milyon 776 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat xərcləri 64 milyon 820 min manat təşkil etmişdi. 
Ötən il  "Rabitəbank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 20 milyon 626 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 18 milyon 771 min manat təşkil etmişdi. Beləliklə, "Rabitəbank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 855 min manat və ya 9,9% artıb.
2022-ci ildə "Rabitəbank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 3 milyon 563 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 4,2 dəfə azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 15 milyon 48 min manat ayırmışdı.
"Rabitəbank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 6,2% və ya 62 milyon 883 min manat azalaraq 31 dekabr 2022-ci il tarixində 954 milyon 990 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 17 milyon 873 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması hüquqi şəxslərin hesablarındakı vəsaitlərin azalmasından qaynaqlanır.
"Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 28,9% və ya 136 milyon 913 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 610 milyon 877 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 473 milyon 963 min manata çatmışdı.
Ötən il "Rabitəbank"ın istehlak kreditləri portfeli 56 milyon 445 min manat artaraq 205 milyon 605 min manata, biznes kreditləri portfeli 63 milyon 566 min manat artaraq 305 milyon 404 min manata, ipoteka kreditləri portfeli isə 16 milyon 904 min manat artaraq 99 milyon 868 min manata çatıb.
"Rabitəbank"ın qiymətli kağızlara investisiyaları 2021-ci illə müqayisədə 2022-ci ildə 15 milyon 413 min manat və ya 15% artaraq 117 milyon 918 min manata yüksəlib.
"Rabitəbank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 16,2% və ya 117 milyon 679 min manat azalaraq 31 dekabr 2022-ci il tarixində  607 milyon 3 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 724 milyon 682 min manat cəmi depozitlərə malik idi. Ötən il Bankda fiziki şəxslərin depozitləri 62 milyon 195 min manat artaraq 317 milyon 32 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 179 milyon 874 min manat azalaraq 289 milyon 971 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "Rabitəbank" 109 milyon 40 min manat manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 98 milyon 275 min manat məcmu kapitala malik idi.
Açıqlanmış ən son məlumata görə,"Rabitəbank" ASC-nin səhmdarları Rauf Əliyev (40,60%), Validə Abbasova (20,13%), Seyran Nuriyev (14,51%), Zakir Nuriyev (14,45%), Dilarə Nuriyeva (9,11%), Aslan Xasiyev (1,07%) və 12 hüquqi şəxsdir (0,14%).

Banklar     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri valyuta kurslari bitcoin