"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi

"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" arasında memorandum imzalandı. Qonaqlara "TezSağal" məhsulu təqdim edildi. Layihə ilkin mərhələdə "Referans Medical Group"un tərkibinə daxil olan "LOR Hospital"da tətbiq olunur. Daha sonra "Referans Medical Group"a daxil olan digər hospitallara da tətbiq ediləcək.

Layihə çərçivəsində "LOR Hospital" və "PAŞA Həyat Sığorta" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "TezSağal" əməliyyat həyat sığortası məhsulunun "LOR Hospital"da tətbiqini və pasiyentlər üçün sığorta imkanlarının genişləndirilməsini nəzərdə tutur.

"TezSağal" eksklüziv xarakter daşıyır: "PAŞA Həyat Sığorta" LOR profili üzrə sığorta xidmətlərini "LOR Hospital"dan başqa heç bir klinikada aktivləşdirə bilməz - bu xidmət regionda yalnız "LOR Hospital" ilə həyata keçiriləcək.

"TezSağal" məhsulu pasiyentlərə bir sıra üstünlüklər təqdim edir:

● Əməliyyat keçirən pasiyentlər üçün 30 günlük həyat sığortası, pasiyenti əməliyyatdan sonrakı kritik dövrdə maliyyə risklərinə qarşı qoruyur.
● Məhsul heç bir əlavə ödəniş tələb olunmadan 18-55 yaş arası pasiyentlərə tətbiq olunur.
● Sığorta təminatı təkcə əməliyyatla bağlı riskləri deyil, pasiyentin daşıdığı digər xəstəliklərdən yarana biləcək əlavə riskləri də əhatə edir.

LOR profili üzrə eksklüziv əməkdaşlığın seçilməsində əsas məqsəd budur ki, "LOR Hospital" Azərbaycanın ilk və yeganə ixtisaslaşmış Qulaq, Burun, Boğaz və Baş-Boyun Mərkəzi olaraq, yaradıldığı gündən etibarən xəstələrin sağlamlığını qorumaq, diaqnostika və müalicə proseslərini beynəlxalq standartlara uyğun səviyyədə həyata keçirən klinikadır. Sığorta təminatı təkcə Azərbaycan vətəndaşlarını deyil, xarici vətəndaşları da əhatə edir ki, bu da regionda tibbi turizmin təşviqinə töhfə verir.

"LOR Hospital"da həyata keçirilməklə start alan layihənin növbəti mərhələlərdə "Referans Medical Group"un digər tibb müəssisələrini də əhatə etməsi planlaşdırılır.

Əməkdaşlığın əsas məqsədi - məhsulu təqdim edərkən pasiyent məmnuniyyətini təmin etməklə yanaşı, pasiyentlərin daşıdıqları digər xəstəliklərdən yarana biləcək hər hansı riski də sığorta təminatına daxil etməkdir. Bu əhatə "PAŞA Həyat Sığorta" ilə əməkdaşlıq çərçivəsində artıq pasiyentlərə təqdim olunur.
Beləliklə, pasiyentlər tibbi xidmətlə yanaşı, əməliyyatdan sonrakı dövr üçün əlavə maliyyə müdafiəsi əldə edir və bütün hallarda sığortalı olduqlarına əmin şəkildə güvənə bilirlər.

Tədbirdə "PAŞA Həyat Sığorta" və "Referans Medical Group"un rəhbər heyəti və hər iki şirkətin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı əməkdaşlığın əhəmiyyəti, "TezSağal" layihəsinin pasiyentlər üçün yaradacağı üstünlüklər və gələcək inkişaf perspektivləri vurğulanıb.
"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi

Banklar     Tarix: 28 avqust 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya