Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı

Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı®Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atılıb. Qırmızı Ürəklər Fondu, Azərbaycan Cüdo Federasiyası və "Judo SC" MMC arasında "DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı" çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və "Judo SC" MMC-nin nümayəndəsi Fərid Muxtarov imzalayıblar.
Bu əməkdaşlıq, ölkənin müxtəlif bölgələrində cüdo idmanının inkişafına dəstək verməklə yanaşı, gənclərin sağlam və aktiv həyata yönləndirilməsini, inklüziv idman mühitinin yaradılmasını və regionlarda sosial inteqrasiyanın gücləndirilməsini hədəfləyir.
Proqram çərçivəsində müasir standartlara cavab verən cüdo zalları (dojo) yaradılacaq və zallar gənc idmançılar üçün zəruri avadanlıqlarla təmin olunacaq. Bu təşəbbüs idman infrastrukturunu inkişaf etdirməklə yanaşı, həm də gənclərin fiziki, mənəvi və sosial inkişafına yönəlmiş dayanıqlı bir model formalaşdıracaq.
Layihə haqqında fikirlərini bölüşən Yusif Poladov bu əməkdaşlığı Azərbaycan idmanında sosial məsuliyyət mədəniyyətinin inkişafı baxımından əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, ianəçilik və icma dəstəyinə əsaslanan layihələr sosial həmrəyliyin güclənməsinə, sağlam düşüncəli nəsillərin formalaşmasına xidmət edir.
Rəşad Rəsullu isə layihənin regionlarda cüdonun inkişafı üçün geniş imkanlar açacağına inamını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq sağlam, güclü və mübarizə ruhlu gənclərin, həm də peşəkar idmançı kimi formalaşdırılması yolunda atılan mühüm addımdır.
Yeni əməkdaşlıq Azərbaycanın idman həyatında sosial məsuliyyət, vətəndaş dəstəyi və regional inkişaf prinsiplərini bir araya gətirən mühüm təşəbbüs kimi dəyərləndirilir.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / banker.az

Banklar     Tarix: 17 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri