"Rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir"
"ABA olaraq hesab edirik ki, bank-maliyyə sistemində rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir. Rəqəmsal banklar üzrə müvafiq qanunvericilik bazasının yaradılması bank-müştəri münasibətlərinin tam şəkildə rəqəmsal mühitə keçidini sürətləndirəcək, innovativ həllərin tətbiqini təşviq edəcək və yeni inkişaf tendensiyalarına uyğun məhsul və xidmətlərin bazara çıxarılmasına imkan verəcək".
Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABA-nın prezidenti qeyd edib ki. ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafı istiqamətində əsas prioritetlərdən biri açıq bankçılıq (open banking) yanaşmasının tətbiqidir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən mərkəzləşdirilmiş platformanın yaradılması və tətbiqi üzrə aktiv işlər aparılır.
"Hazırda hesab üzrə məlumat xidmətinin təqdim edilməsinə əsaslanan açıq bankçılıq funksionallığı istifadəyə verilib və bir sıra banklar tərəfindən tətbiq olunmağa başlanıb. Növbəti mərhələdə isə ödəniş əməliyyatların başladılması üzrə vasitəçilik xidməti (payment initiation service) üzrə açıq bankçılıq xidmətlərinin tətbiqi nəzərdə tutulur və bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Açıq bankçılıq texnologiyasının tətbiqi rəqəmsal ödəniş ekosistemində iştirakçılar arasında inteqrasiyanın daha da dərinləşməsinə və maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına geniş imkanlar yaradacaq.
Ümumiyyətlə, bu sahədə görülən işlər vətəndaşlara öz vəsaitlərini təhlükəsiz və gəlirli şəkildə maliyyə sisteminə yönəltmək üçün əlverişli şərait formalaşdırır. Bu isə həm fərdi rifahın artmasına, həm də ümumilikdə ölkədə maliyyə bazarlarının inkişafına mühüm töhfə verir".
© APA / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?