Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı

Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı®2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimi Rəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdar gün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudova həsr olunmuş "Səsin rəngi" sərgisi keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidə dünyanın ayrı-ayrı ölkələrindən olan rəssamların Rəşid Behbudova həsr etdikləri sənət əsərləri nümayiş olunub.
Sərginin ən maraqlı əsərlərindən biri Rəşid Behbudovun 1992-ci ildə Şuşada itmiş məşhur rəsmidir. Azərbaycanın xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə çəkdiyi "Rəşid Behbudov" tablosu Azərbaycan rəngkarlıq sənətinin incilərindən sayılırdı. Rəsm Rəşid Behbudovun 60 illik yubileyi münasibətilə çəkilmiş, 1982-ci ildə görkəmli sənətkarın ata yurdunda – Şuşada Rəsm Qalereyası açılanda əsər Qalereyaya hədiyyə edilmişdi. Tablo Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında təqdim olunurdu.
Əfsuslar olsun ki, 1992-ci ildə Şuşanın işğalı zamanı Azərbaycanın bir çox mədəni dəyərləri kimi "Rəşid Behbudov" rəsmi də talan edildi və yoxa çıxdı. Əsərin tapılması üçün aparılan axtarışlar heç bir nəticə vermədi.
Bu il unudulmaz sənətkarın 110 illik yubileyi münasibətilə ABB-nin təşəbbüsü əsasında Azərbaycanın əməkdar rəssam Natiq Səfərov "Rəşid Behbudov" əsərini eyni şəkildə yenidən yaradıb. ABB əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Şuşa Rəsm Qalereyasına hədiyyə verəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu, sadəcə yenidən çəkilmiş rəsm əsəri deyil. Yaddaşlardan, arxivlərdən, xatirələrdən toplanaraq yenidən həyata qaytarılmış dəyərdir. İndiki və gələcək nəsillər bu rəsmə tarixi yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı/ banker.az

Banklar     Tarix: 18 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri