Rövşən Allahverdiyev "PAŞA Bank"ın rəhbərliyinə təyinat aldı
"PAŞA Bank" ASC-nin Müşahidə Şurasının tərkibində növbəti dəyişikliklər baş verib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Belə ki, 18 mart tarixindən etibarən Mir Camal Paşayev "PAŞA Bank"ın Müşahidə Şurasının sədri vazifəsindən ayrılıb. Bankın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev təyin olunub.
Qeyd edək ki, Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq, bu günə kimi, 18 ildir ki, "PAŞA Bank" ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub. Cənab Paşayev "PAŞA Holding"in Direktorlar Şurasının sədr müavini kimi vəzifələrinin icrasına və PAŞA Qrupda digər istiqamətlər üzrə fəaliyyətinə davam etdirəcəyini bildirib.
Xatırladaq ki, "PAŞA Bank"ın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev 2013-cü ilin iyun ayından 2023-cü ilin may ayınadək "Kapital Bank"ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2023-cü ilin may ayından etibarən cənab Allahverdiyev bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Hazırda R.Allahverdiyev "PAŞA Holding"in Baş İcraçı Direktorunun müavini vəzifəsində çalışır.
Beləliklə, hal-hazırda "PAŞA Bank"ın Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
Rövşən Allahverdiyev, Müşahidə Şurasının sədri
Şahin Məmmədov, Müşahidə Şurasının üzvü
Nəriman Sərdarlı, Müşahidə Şurasının üzvü
Şirin Əliyeva, Müşahidə Şurasının müstəqil üzvü
Corc Cosef Haimari, Müşahidə Şurasının müstəqil üzvü

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?