Rusiya Azərbaycandan yeni yumurta partiyası alıb
Rusiya Azərbaycandan ümumilikdə 1,5 milyon ədəd yumurta idxal edib.
Marja.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.
"Yanvarın 11-nədək Azərbaycandan Rusiyaya 1,5 milyon ədəd yumurta (90,63 ton) idxal edilib. Yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18,63 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının daha bir partiyası gətirilib", - "Rosselxoznadzor" bildirib.
36 ton həcmində yumurtanın ilk partiyası dekabrın 19-da Rusiya Federasiyasına gəlib.
Artıq Rusiya Azərbaycandan 4-cü partiya yumurtaları qəbul edib.
Rusiya Federasiyasında toyuq yumurtası 2023-cü ildə 1,5 dəfədən çox bahalaşıb. Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev dekabrın sonunda bildirib ki, Yeni ildən sonra Rusiya Federasiyasında toyuq yumurtasının qiymətləri ucuzlaşmağa başlayacaq və əsas şərtlərdən biri kimi yanvarın 1-dən iyunun 30-dək idxal rüsumlarının götürülməsini göstərib.
Azərbaycandan ərzaq yumurtalarının tədarükü üçün Rusiya bazarının açılması barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlara əsasən qəbul edilib.
"Rosstat"ın məlumatına görə, noyabrda Rusiya Federasiyasında yumurta istehsalı 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,3% azalaraq 3,6 milyard ədədə düşüb. Ölkədə on bir ayda 34,847 milyard ədəd yumurta istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv