Rusiya şirkəti SOCAR-a 1,5 milyard dollar kredit ayıracaq
Rusiyanın "Lukoil" neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1,5 milyard ABŞ dolları məbləğində kredit ayıracaq.
Türkiyə mətbuatınn verdiyi məlumata görə, bundan başqa, Lukoil" SOCAR-ın Türkiyədəki yatırımı olan STAR neft emalı zavoduna Rusiya xam neftini tədarük etməyə başlayacaq.
Hazırda zavodun emal gücü gündəlik 200 min barel neft təşkil edir.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropadakı neft emalı zavodları Rusiya xam neftinin idxalını dayandırıb. Bu müqavilə sayəsində "Lukoil" Rusiya limanları yaxınlığında daha bir müştəri qazanacaq. Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Türkiyə Rusiya nefti və təbii qazını ixrac etməyə davam edir.
Lakin bu yay aylarında STAR neft emalı zavodu Rusiya ilə ticarətdə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan çətinliklər səbəbindən Rusiya xam neftinin idxalını dayandırıb və onu Qazaxıstanın KEBCO nefti ilə əvəz edib. 2022-ci ildə gündəlik orta hesabla 100 min barel "Urals" nefti alan STAR neft emalı zavodu bu il gündəlik orta hesabla 50 min bareldən az Rusiya nefti əldə edib.
Yeni sazişə görə, "Lukoil" oktyabr ayından STAR neft emalı zavodunu gündəlik təxminən 100 min barel "Urals" nefti ilə təchiz etməyə başlayacaq. Bu, STAR neft emalı zavodunun emal gücünün yarısını təşkil edir. Artıq Rusiya şirkətinin tədarük etdiyi "Azure Celeste", "Ocean Faye" və "Sea Fidelity" adlı üç neft tankeri sentyabrın sonu – oktyabrın əvvəlində 100 min ton "Urals" nefti yüklədikdən sonra Primorskdan Türkiyəyə yola düşüb. Bu tankerlərin yeni təchizat müqaviləsi çərçivəsində ilk tədarüklər olduğunu bildirilir.
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?