Sabahdan PAŞA Bank kartlarına yeni məhdudiyyətlər tətbiq ediləcək
"PAŞA Bank" kartlara mədaxil əməliyyatları üzrə yeni qaydaların tətbiqinə başlayır.
Marja.az xəbər verir ki, Bankın açıqlamasına əsasən, yeni limitlər 18 avqust 2026-cı il tarixindən qüvvəyə minəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildirilib ki, dəyişiklik rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması, fırıldaqçılıq və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Yeni qaydalara əsasən, hər bir kart üzrə gün ərzində maksimum 5 nağdsız mədaxil əməliyyatı həyata keçirmək mümkün olacaq.
Eyni zamanda, hər kart üzrə aylıq nağdsız mədaxil limiti maksimum 20 min manat müəyyən edilib.
Bank xüsusi olaraq qeyd edib ki, müştərinin özünə məxsus "PAŞA Bank" kartları arasında həyata keçirilən əməliyyatlara sözügedən limitlər tətbiq olunmayacaq.
Gündəlik və aylıq limitlər yalnız vəsaiti qəbul edən kart üzrə hesablanacaq. Başqa sözlə, yeni məhdudiyyətlər kartdan həyata keçirilən məxaric əməliyyatlarına şamil edilmir.
Kartdan vəsait çıxarılması və digər məxaric əməliyyatları üzrə isə bankın hazırda qüvvədə olan mövcud limitləri dəyişməz qalacaq.
"PAŞA Bank" yeni qaydalarla bağlı əlavə sualları olan müştərilərin *9123 nömrəsi vasitəsilə banka müraciət edə biləcəyini bildirib.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?