"Şahdəniz-2" layihəsi çərçivəsində bu il aparılan işlərin həcmi açıqlanıb

Bu ilin ilk altı ayı ərzində "Şahdəniz-2" layihəsi çərçivəsində ("Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) "İstiqlal" qazma qurğusu vasitəsilə şərq-şimal cinahında SDH03 quyusu tamamlanıb, SDH01 quyusu yenidən açılıb və tamamlanıb və SDH02 quyusunun yenidən açılması işləri başlanıb.
Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, hesabat dövründə "Heydər Əliyev" qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
"Ümumilikdə "Şahdəniz-2" çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir", – hesabatda bildirilir.
Hesabata əsasən, 2024-cü ilin birinci yarısında "Şahdəniz-2" layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olundu – şərq-şimal cinahında iki quyudan müvafiq olaraq 13 fevral və 19 iyun tarixlərində hasilat başlandı.
"Xankəndi" sualtı tikinti gəmisi "Şahdəniz-2" çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.
BP və tərəfdaşlarının xüsusi olaraq vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülmüş istismar və texniki xidmət üzrə yeni müqaviləyə əsasən "Xankəndi" gəmisinin göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu o deməkdir ki, bundan sonra Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunacaq və bu da bp və tərəfdaşlarının əməliyyatlarını daha təhlükəsiz və daha səmərəli edəcək. / banker.az

Xəbərlər     Tarix: 01 avqust 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq