Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
(®) Unibank biznes müştəriləri üçün yeni Visa Platinum Business kartını təqdim edir. Kart sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və biznes xidmətləri üzrə əlavə üstünlüklər təqdim edir.
Kart vasitəsilə həm ölkədaxili, həm də xaricdə ödənişlər etmək, onlayn alış-veriş həyata keçirmək və biznes xərclərini daha rahat idarə etmək mümkündür. Bununla yanaşı, kart sahibləri bir sıra xüsusi xidmətlərdən də yararlana bilirlər.
Visa Platinum Business kartının üstünlükləri:
· Peşəkar mühasibatlıq məsləhətləri - Kart sahibləri vergi, e-qaimə və digər maliyyə məsələləri üzrə peşəkar konsultasiya ala bilirlər.
· Biznes-loung-lara giriş - Visa Platinum Business kartı ilə dünyanın müxtəlif ölkələrində biznes-loung-lara giriş əldə etmək mümkündür.
· Səyahət rahatlığı - Hava limanına transfer və səyahət sığortası kimi əlavə xidmətlər təqdim olunur.
· Xüsusi endirimlər - Restoran, otel və mağazalarda müxtəlif endirim və təkliflər mövcuddur.
· Visa Business Consyerj 24/7 - Kart sahibləri üçün günün 24 saatı fəaliyyət göstərən şəxsi dəstək xidməti təqdim olunur.
Əlavə olaraq, Unibank Bznes kart sahibləri aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
· Biznes xərclərinin şəffaf idarə olunması və nəzarəti
· Xarici ödənişlərdə rahat və sürətli əməliyyatlar
· Şirkət xərclərinin hesabatlılığının artırılması.
Bu imkanlar sahibkarlara maliyyə intizamını gücləndirməyə və əməliyyatları daha effektiv idarə etməyə kömək edəcək. Unibank Visa Platinum Business kartı sahibkarlara yalnız ödəniş aləti deyil, həm də biznes fəaliyyətini daha effektiv, rahat və çevik idarə etməyə imkan verən premium həll təqdim edir. / marja.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları