"Sahibkarlığa, kiçik və orta biznesə dəstək haqqında qanunların heç biri həyatda icra olunmur"

"Sahibkarların problemləri həll olunmur, qalırlar icra orqanları ilə məhkəmə orqanları arasında. Top kimi oradan-ora vururlar. Pandemiyanın şərtləri nəticəsində ağır vəziyyətə düşüblər". 
Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı - KEÇİB
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanunun müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib. 
Millət vəkili qeyd edib ki, sahibkarlardan heç biri öz problemlərini həll edə bilmir: "Biz Milli Məclisdə sahibkarlığın inkişafında dəstək, kiçik və orta biznesə dəstək haqqında qanunları qəbul edirik. Bunların heç biri həyatda icra olunmur. Bunu bilmək lazımdır. Yəni, burada kiməsə yaxın sahibkarın çevrəsi varsa, onun problemi həll olunur. Adamların heç birinin məsələsi həll olunmur. Kiçik sahibkarların, ümumiyyətlə, sahibkarların çoxsaylı müraciətləri var. Ombudsmana yüzlərlə müraciət olur. Ombudsman da onu sənədləşdirir, göndərir. Lakin problem öz həllini tapmır. O baxımdan biz Ombudsmana səlahiyyət veririksə, daha ciddi, konkret addımlar atılması istiqamətində normativ hüquqlar verməliyik ki, o nəyisə tələb edə bilsin".
F.Mustafa əlavə edib ki, bu, Ombudsmanın nüfuzuna da təsir edəcək: "Vətəndaşın şikayətləri, Ombudsmana müraciətləri həll olunmayanda bu, Ombudsmana da inamsızlıq yaradır. Son dövrlərdə millət vəkili olaraq bir çox nazirliklərə etdiyim müraciətlər həll olunmur. Heç olmasa, Ombudsman tərəfindən ölkə Prezidentinə müraciət edilə bilsin".
Deputat qeyd edib ki, artıq bir çox nazirliklərə müraciət etmir: "Müraciət etməyin xeyri yoxdur. Kimisə də tənqid edəndə deyirlər ki, yəqin şəxsi xahişi olub, onu yerinə yetirməmişik".

Biznes     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes