Saytlara maliyyə dəstəyinin məbləği artırıldı
Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.
Biznes.az xəbər verir ki, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.
Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.
Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.
Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi. (Apa)

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dropshipping nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Start-up nədir?
Az pulla hansı işi qurmaq olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt