Şəkidə "KOB Fest" sərgi-satış yarmarkası - KEÇİRİLƏCƏK
İyulun 22-də Şəkidə növbəti KOB Fest sərgi-satış yaramarkası təşkil olunacaq.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Agentliyin təşkilatçılığı ilə keçiriləcək yarmarkada KOB subyektlərinin istehsal etdiyi qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. "KOB Fest" çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.
Şəki Xan Sarayının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-a qədər ziyarətçilər üçün açıq olacaq.
Bu ilin aprel ayından start götürən "KOB Fest" sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. Bundan əvvəl "KOB Fest" Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?