Sentyabrda bankların kredit portfeli 630 milyon manatdan çox artıb
Kredit portfelinin artımı 2024-cü ilin sentyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 milyon manat artaraq 26 milyard 706 milyon manat olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 407.9 milyon manat);
ıı) istehlak kreditləri – 30.5% (8 milyard 152.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 145.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
30 sentyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 482, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,140 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24 min 696 nəfər təşkil etmişdir.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?