"Sıfır Tullantı" Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
®Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Sıfır Tullantı" Həmrəylik Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə 12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününə həsr edilib.
Aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqram məişət tullantısı toplanılaraq aidiyyatı üzrə təhvil verilib. Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər qoşulub.
Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının vacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.
Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizi xalqımızın ən dəyərli təbii sərvətlərindən biridir və onun qorunması hər birimizin mənəvi borcudur. "Sıfır Tullantı Həmrəylik Marafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır. Bu layihə cəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin formalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır. Məqsədimiz təbiətə sahib çıxmaq və gələcək nəsillərə daha sağlam ekoloji mühit bəxş etməkdir".
Ətraflı məlumat:
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?