"SİMA İmza" "Dostbank" mobil tətbiqinə inteqrasiya edilib
®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC "Bank of Baku" ASC ilə əməkdaşlığa başlayıb.
"AzInTelecom" tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza "Bank of Baku"ya məxsus "Dostbank" mobil tətbiqinə inteqrasiya edilib. Artıq "Bank of Baku" müştəriləri "Dostbank" mobil tətbiqində identifikasiya prosesini "SİMA İmza" ilə tamamlayaraq sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.
"Dostbank" mobil tətbiqinin istifadəçiləri banka getmədən kart və hesab əməliyyatları, çıxarışlar əldə edilməsi, kommunal və digər ödənişlərin aparılması, ölkədaxili və beynəlxalq bank kartlarına köçürmələr, onlayn növbə təyin edilməsi, kredit müraciəti göndərilməsi və s. kimi bir çox xidmətdən tam rəqəmsal şəkildə yararlana bilərlər.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. "SİMA İmza"nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. "SİMA İmza" mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və "157" Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?