SİMA İmza ilə "MJ Financial Services BOKT"dən kredit əldə etmək daha sürətli və rahat oldu

SİMA İmza ilə ®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA İmzanın yeni tərəfdaşı "MJ Financial Services BOKT" ASC ("MJ FS BOKT") olub. Artıq təyin olunmuş mağazalardan kreditlə mal almaq üçün BOKT-yə müraciət edən şəxslər SİMA İmza vasitəsilə kredit əldə etmə prosesini daha rahat və sürətli şəkildə reallaşdıracaq. Belə ki, müştərilərin satış nöqtəsinə və ya BOKT-yə gəlmədən şəxsiyyət vəsiqəsi, iş yeri və ya təqaüdü barədə məlumatları, eləcə də kredit tarixçəsinin SİMA İmza vasitəsilə yoxlanılması mümkün olacaq.
Kredit üçün müraciət etmiş və müsbət cavab almış şəxslərə "MJ FS BOKT" tərəfindən SMS vasitəsilə link göndəriləcək. Müştəri həmin linkə daxil olub SİMA İmza vasitəsilə sənədləri anında imzalayacaq.
Qeyd edək ki, kredit müqaviləsini imzalamaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir. Əks təqdirdə müştəriyə göndərilən link işlək olmayacaq.
SİMA İmza yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA İmzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 04 sentyabr 2023

Oxşar xəbərlər

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə


iqtisadi xeberler biznes ideyalari pul qazanmaq bitkoin qiymeti telefonla pul qazanmaq