"Son 22 ildə Naxçıvan büdcəsinin həcmi 13,2 dəfə artıb"
Son 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb.
Bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, qeyd olunan sürətli və sıçrayışlı inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib. / marja.az
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd