"S&P": "Azərbaycan banklarında vaxtı keçmiş kreditlər artacaq"

2023-cü ildə Azərbaycan banklarının ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı mülayim şəkildə 3,5-4 %-ə qədər artacaq.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında deyilir.
"Azərbaycanın bank sistemi ümumilikdə sabitdir, vaxtı keçmiş kreditlərin payı isə 2022-ci ilin sonunda 2,9 % olub", – agentlik qeyd edir.
Bununla belə, S&P analitiklərinin fikrincə, maliyyə sektoru kiçik olaraq qalır, ümumi aktivlər ÜDM-in 50 %-dən azdır və bu, dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır.
"Bununla belə, Azərbaycanın bank sistemi qalmaqda olan bir sıra struktur zəifliyi, o cümlədən son dövrlərdəki azalmaya baxmayaraq, depozitlərin dollarlaşmasının hələ də yüksək səviyyədə olması; beynəlxalq kontekstdə zəif idarəetmə və şəffaflıq; kreditləşmə və anderraytinq standartlarının yumşaldılması ilə xarakterizə olunur", – agentlik vurğulayıb.
Azərbaycanda 24 bank fəaliyyət göstərir. Hökumət "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmlərinin nəzarət paketinə sahibdir və 2017-ci ildə onun borcunun bir hissəsini öz üzərinə götürərək bankı restrukturizasiya edib. Hökumət həmçinin balans dəyəri təxminən 10 milyard manat olan vaxtı keçmiş ABB kreditlərini dövlətə məxsus "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT) ötürüb.
"Azərbaycan Mərkəzi Bankının "Aqrarkredit"ə verdiyi kreditlər dövlət zəmanəti ilə verilir. Beləliklə, biz "Aqrarkredit"ə 9,5 milyard manat məbləğində dövlət zəmanəti ilə verilmiş kreditləri ümumi dövlət borcuna daxil edirik", – hesabatda bildirilir. / banker.az

Banklar     Tarix: 10 iyun 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler dollar mezenne bitcoin biznes ideyalari bitkoin