"S&P Global" "Kapital Bank"ın uzunmüddətli kredit reytinqini artırıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Kapital Bank ASC-nin uzunmüddətli emitent kredit reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib, qısamüddətli reytinqi isə "B" səviyyəsində təsdiqləyib.
Banker agentliyə istinadən xəbər verir ki, qərar bankın pərakəndə ekosisteminin inkişafı, mənfəətliliyin artması və daha gəlirli kredit seqmentlərinə genişlənməsi ilə əsaslandırılıb.
Kapital Bank-dan bildirilib ki, bu qərar bankın son dövrlərdə həyata keçirdiyi strateji transformasiya və xüsusilə pərakəndə bankçılıq ekosisteminin inkişafı ilə əsaslandırılır. Agentliyin rəyinə görə, Kapital Bankın ödəniş xidmətləri və elektron ticarət platformalarını əhatə edən ekosistemi müştəri aktivliyini artırır, xidmətlərdən istifadə tezliyini yüksəldir və müştəri loyallığını gücləndirir. Bu isə bankın bazardakı mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır.
Reytinq artımı həmçinin bankın gəlirliliyinin yaxşılaşması, daha gəlirli kredit seqmentlərinə fokuslanması və ümumi biznes modelinin güclənməsi ilə əlaqələndirilir. Kapital Bank əməliyyat effektivliyini artırmaqla yanaşı, texnoloji və rəqəmsal həllərə yönəlmiş investisiyalar hesabına uzunmüddətli dayanıqlı inkişaf modelini davam etdirir.
Agentliyin təqdim etdiyi stabil proqnoz növbəti dövr üzrə gözləntiləri əks etdirir. Gözlənilir ki, qarşıdakı müddətdə Kapital Bank strategiyasını uğurla icra edəcək, konsolidasiya olunmuş əsasda gəlirliliyini artıracaq və eyni zamanda pərakəndə ekosisteminin inkişafını davam etdirəcək. Bu proses bankın müştəri bazasının genişlənməsi və bazar mövqeyinin qorunub saxlanması baxımından mühüm rol oynayacaq.
Ümumilikdə, bu qiymətləndirmə Kapital Bankın maliyyə sektorunda etibarlı, innovativ və dinamik iştirakçı kimi mövqeyini daha da gücləndirdiyini nümayiş etdirir. / banker.az

Banklar     Tarix: 30 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti