"S&P" Rusiya-Ukrayna razılaşmasının Azərbaycan və regionun bank sektoruna təsirlərini açıqlayıb
"2025-ci ildə Rusiya-Ukrayna arasında mümkün atəşkəsin region ölkələrinin (Mərkəzi Asiya və Cənubi Qafqaz) bankçılıq sektorunun sabitliyinə ciddi risklər yaradacağını gözləmirik".
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentlik region ölkələrinin bank sektoruna təsir edə biləcək potensial kanalları açıqlayıb.
Qeyd edilib ki, bunlardan biri qeyri-rezident depozitlərin və kapital axınlarının azalması və ya sürətlənməsi ola bilər: "Əsasən Rusiyadan gələn qeyri-rezident depozitlərinin axını 2022-2023-cü illərdə zirvəyə çatdıqdan sonra tədricən azalmaqdadır. Bəzi vəsaitlər yenidən Rusiyaya və ya digər ölkələrə yönləndirilsə belə, depozit axınının sürətlənməsi riskinin məhdud olduğunu düşünürük. Bunun əsas səbəbi Rusiyanın makroiqtisadi və siyasət perspektivlərinə dair qeyri-müəyyənliyin, eləcə də pul transferi və çevrilmə məhdudiyyətlərinin yaxın müddətdə yüksək qalacağıdır".
"S&P" hesab edir ki, bankların komissiya gəlirlərinin artımı yüksələ bilər: "2022-2023-cü illərdə valyuta mübadiləsi və pul köçürmələri ilə bağlı komissiya və rüsum gəlirlərinin qeyri-adi dərəcədə güclü artımı tədricən azalır. Bu normallaşma 2025-ci ildə bir qədər sürətlənə bilər. Qeyri-faiz gəlirlər əvvəlki səviyyələrinə qayıdacaq".
Reytinq agentliyi həmçinin, kredit artımına əhəmiyyətli təsir gözlənilmədiyini əlavə edib: "Münaqişə səbəbindən bölgəyə köç edən fərdlər və bizneslərin yerli banklardan əsasən əmanət və ödəniş xidmətləri üçün istifadə etdiyini, kreditlərə marağın isə nisbətən az olduğunu düşünürük. Buna görə də, əgər onların bir qismi regionu tərk etsə, bu, bankların kredit portfelinə ciddi təsir etməyəcək". / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?