Taleh Kazımov: 2027–2030-cu illərdə makroiqtisadi və maliyyə sabitliyi siyasət çərçivələri təkmilləşdiriləcək

Taleh Kazımov: 2027–2030-cu illərdə makroiqtisadi və maliyyə sabitliyi siyasət çərçivələri təkmilləşdiriləcəkAzərbaycan Mərkəzi Bankında (AMB) bu gün "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış "Makro-iqtisadi dayanıqlılıq" üzrə alt işçi qrupun növbəti iclası keçirilib.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, görüşdə Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov çıxışı zamanı makroiqtisadi dayanıqlığın təmin olunmasının iqtisadi artımın davamlı inkişafı, onun xarici və daxili təsirlərə dayanıqlı olması, həmçinin inklüziv və dayanıqlı maliyyə ekosisteminin inkişafının mühüm sütunu olduğunu bildirib.
Sədr Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, inflyasiyanın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun inkişafı və dərinliyinin artırılması, həmçinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini vurğulayıb.
Taleh Kazımov 2027–2030-cu illəri əhatə edəcək dövrdə ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi üçün makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin daha da təkmilləşdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması çərçivəsində işçi qrupun müəyyən olunmuş fəaliyyət istiqamətləri və tədbirlər üzrə ötən iclasdan sonra atılmış addımlar və perspektivdə olan məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, "Makro-iqtisadi dayanıqlılıq" üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb. / banker.az

Banklar     Tarix: 04 sentyabr 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq