Taleh Kazımov: "Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
Bu il avqust ayına Azərbaycanda banklararası təminatsız bazarın həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 6 dəfədən çox artaraq 787,5 milyon manatdan 4.9 milyard manata çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Global Finance"a müsahibəsində deeyib.
O bildirib ki, banklararası təminatsız bazarın inkişafı Mərkəzi Bankın əsas prioritetlərindən olub:
"Bu istiqamətdə 3 əsas məsələyə infrastrukturun inkişafı, iştirakçıların (bankların) bazarda fəallığının təşviq edilməsi və baza qısamüddətli faiz dərəcələrinin formalaşdırılmasına diqqət yetirdik. Hesab edirəm ki, bu sahədə çox şey əldə etmişik. Bu, banklararası pul bazarının bu seqmentində böyük perspektivin olduğunu göstərir.
Bundan başqa, təminatsız bazar üçün qısamüddətli etalon faiz dərəcəsi kimi AZIR indeksi formalaşdırılıb. Buna paralel olaraq banklararası təminatlı bazar da inkişaf etdirilib və bu məqsədlə AINA indeksi formalaşdırılıb.
Son məqsədimiz qısamüddətli faiz dərəcələrini pul siyasəti dəhlizi daxilində idarə edərək uzunmüddətli faiz dərəcələrinə təsir etməkdir". / banker.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Whatsapp biznesin üstünlükləri nələrdir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Yatırım olmadan necə biznes qurmaq olar?
Layihə menecmenti nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?