Taleh Kazımov: Bank sektorunda rəqabət yetərli səviyyədə deyil

Taleh Kazımov: Bank sektorunda rəqabət yetərli səviyyədə deyilTaleh Kazımov: Mərkəzi Bank biznes kreditləşməsində sərt tənzimləmə tətbiq etmir, əsas çağırış sektorda rəqabətin artırılmasıdır
Marja.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV və APA-ya müsahibəsində bildirib ki, biznes kreditləşməsi ilə bağlı Mərkəzi Bankın sərt tələblər tətbiq etdiyi barədə səsləndirilən fikirlərlə razı deyil. Onun sözlərinə görə, istehlak kreditləşməsində tənzimləmə həqiqətən sərtdir, lakin biznes kreditləri üzrə yanaşma beynəlxalq standartlarla müqayisədə daha yumşaqdır.
Sədr qeyd edib ki, Mərkəzi Bankın biznes kreditləşməsi sahəsindəki tələbləri Bazel Komitəsi tərəfindən müəyyən edilən beynəlxalq prinsiplərlə müqayisədə daha liberaldır. Onun sözlərinə görə, bu sahədə sərt tənzimləmə olduğunu iddia edənlər ya mövcud qaydaları, ya da beynəlxalq təcrübəni kifayət qədər bilmirlər.
Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bankın kredit təminatları (girov) ilə bağlı ümumi məhdudiyyəti yoxdur. Yalnız bankın məcmu kapitalının 10 faizindən artıq olan kreditlər üzrə girov tələb edilir. Onun sözlərinə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, orta ölçülü banklar təxminən 12–15 milyon manatadək kreditləri Mərkəzi Bankın tələblərinə əsasən girovsuz verə bilərlər.
Sədr əlavə edib ki, 10 faizdən yuxarı kreditlər üzrə təminatın dəyəri kredit məbləğinin 150 faizi həcmində olmalıdır. Girovların qiymətləndirilməsi sahəsində müəyyən problemlərin mövcud olduğunu bildirən Kazımov qeyd edib ki, hökumət və maliyyə sektoru ilə birlikdə bu istiqamətdə yeniliklər hazırlanır.
Kredit faizlərinin formalaşmasına toxunan Mərkəzi Bank sədri bildirib ki, faizlər ilk növbədə bankların cəlb etdiyi vəsaitlərin maya dəyəri, əməliyyat xərcləri, kredit riski və bankın mənfəət marjası əsasında müəyyən edilir. Hazırda bankların cəlb etdiyi vəsaitlərin orta maya dəyərinin təxminən 9 faiz olduğunu deyən Kazımov bildirib ki, digər xərclər də əlavə olunduqda kredit faizlərinin iki rəqəmli olması təbii nəticədir.
Onun sözlərinə görə, son illərin təhlilləri göstərir ki, kredit faizlərində 3–4 faizlik dəyişiklik kreditləşmənin həcminə ciddi təsir göstərmir. Nümunə olaraq o bildirib ki, 2025-ci ilin iyul ayında kredit faizləri vəsaitlərin maya dəyərinin artması səbəbindən 19% yüksəlsə də, kiçik və orta sahibkarlıq üzrə kredit portfeli eyni dövrdə 18 faiz artıb.
Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir. Onun sözlərinə görə, faizlər bazar prinsipləri əsasında formalaşır, Mərkəzi Bank isə yalnız uçot dərəcəsi vasitəsilə vəsaitlərin maya dəyərinə təsir göstərir.
Sədr bank sektorunda əsas çağırışın rəqabətin yetərli səviyyədə olmaması və bazarda təmərküzləşmənin yüksəkliyi olduğunu bildirib. O qeyd edib ki, dominant bankların qiymət siyasəti ümumi bazara təsir göstərir və rəqabətin artırılması prioritet istiqamətlərdən biridir.
Bu məqsədlə Mərkəzi Bankın sentyabr–oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq etməyi planlaşdırdığını açıqlayan Taleh Kazımov bildirib ki, hazırda bununla bağlı texniki işlər aparılır və dəyişikliklər bank sektorunda rəqabətin güclənməsinə töhfə verəcək.
"Düşünürəm ki, bu gün bank sektorunda bizim üçün, tənzimləyici olaraq, ən böyük çağırış məhz təmərküzləşmədir. Sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq. Sektorda dominant banklar var və onların qiymət, faiz siyasətindəki dəyişikliklər ümumi sektora təsir göstərir. İkinci məsələ isə, düşünürəm ki, xüsusilə biznes sahəsində, tələb faktorudur. Yəni kreditlərə tələb aşağı olmalıdır. Bu isə, sözsüz ki, Mərkəzi Bankın mandatından kənardır. Bizim üzərimizə düşən ən vacib məsələ rəqabətliliyin artırılmasıdır. Düşünürəm ki, artıq sentyabr-oktyabr aylarında, xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hazırda bununla bağlı texniki işlər aparılır. Bu da rəqabətin artmasına təkan verəcək."- Taleh Kazımov deyib.
Həmçinin oxu
Taleh Kazımovdan açıqlamalar - VİDEO
Taleh Kazımov: Bank sektorunda rəqabət yetərli səviyyədə deyil

Banklar     Tarix: 30 iyul 2026

Oxşar xəbərlər

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (sentyabr)

Azərbaycanda bankların manatla müddətli əmanətlər üzrə təkliflərində ən yüksək gəlirlilik illik 11,5%-ə çatır. -ın 2026-cı ilin sentyabr ayı üzrə müqayisəsinə görə, ən yüksək faiz təklifini "Yelo Bank" verir. Bankd

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin


iqtisadi xeberler depozit faizleri emlak xeberleri dollar kursu biznes qurmaq