TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1.2 milyard kubmetr artıra biləcək

TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1.2 milyard kubmetr artıra biləcəkTrans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi 132 milyon avro dəyərində qiymətləndirilir.
Bunu  TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.
"2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib", – o vurğulayıb.
L.Skiepatti qeyd edib ki, TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.
TAP AG-nin icraçı direktoru, həmçinin vurğulayıb ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək.
O bildirib ki, TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi (Aleksandrupolis ərazisi) mövcud kompressor stansiyasına əlavə bir kompressor qurğusu əlavə edəcək və avadanlığı yeniləyəcək: "Bu işlərin tamamlanması 2026-cı ilin əvvəlində əlavə uzunmüddətli güclərin əlçatan olmasını təmin etmək məqsədimizə çatmaqda əhəmiyyətli bir irəliləyiş olacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur".
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 31 iyul 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq