"Taxta bazarı"ndakı əmlakların sığortası olmayıb" - AÇIQLAMA
Azərbaycan Sığortaçılar Assosiasiyasının açıqlaması:
Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və "Taxta bazarı" kimi tanınan inşaat materialları bazarında baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq araşdırma apardıq. Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada Daşınmaz əmlakın icbari sığortası yox, Əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır. Bununla əlaqədar olaraq bildirmək istəyirik ki, əldə etdiyimiz ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb. Əmlakların yanğından və digər risklərdən sığortası növünün könüllü sığorta növü olduğunu nəzərə alsaq, mövcud bazardakı mal və materialların sığortasının olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Burada ya sahibkarların sığortaya biganə yanaşması, ya da sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları kimi amillər başlıca səbəb ola bilər.
Hər bir halda bu kimi hadisələr bir daha onu göstərir ki, daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir.
Bildirmək istəyirik ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır.
Əmlakların yanğından və digər risklərdən sığortası növü könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvaifq sənədlərinin qaydasında olmasından ibarətdir. Onu da vurğulamaq istəyirik ki, əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları
İban nədir?