Təcrübəli bankir "Naxçıvanbank"a rəhbər təyin edildi
Azərbaycanın yeganə regional bankı "Naxçıvanbank" ASC-nin Müşahidə Şurasındakı istefalardan sonra yeni təyinatlar məlum olub.
Banker.az-ın ilkin olaraq əldə etdiyi məlumata görə, bank sahəsində təcrübəyə malik Binnət Novruzov bankın Müşahidə Şurasına sədrlik edəcək. Bununla bağlı səhmdarlar qərar qəbul edib.
Buna qədər Müşahidə Şurasınının sədri Əsədulla İsgəndərov Fikrət oğlu idi. O bu vəzifəsindən azad edilərək Müşahidə Şurasının üzvü seçilib. Bununla bağlı ətraflı səhərki yazımızdan məlumat vermişik.
Binnət Novruzov indiyə qədər "Unibank" ASC, "Socar Overseas" MMC və "Rabitəbank" AS-də çalışıb.
Onun karyerasının mühüm hissəsi "Rabitəbank" ASC-ilə bağlıdır. O, 16 il idi ki, bu bankda yüksək vəzifələrdə çalışırdı. 2016-cı ilin aprelindən Binnət Novruzov bankın baş direktorudur.
Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
İlon Mask kimdir?