"Telegram" fırıldaqçılara qarşı mübarizəni gücləndirir
"Telegram" fırıldaqçılıqla mübarizə çərçivəsində ictimai hesabların qeydiyyata alındığı ölkə və ay haqqında məlumatları göstərəcək.
"Tezliklə "Telegram" qeydiyyat ayını və ictimai hesabların əsas ölkəsini göstərməyə başlayacaq", – Durov yazıb.
O qeyd edib ki, messencer fırıldaqçılara qarşı mübarizəni gücləndirir. Durovun sözlərinə görə, bu tədbirlər "Instagram"da həyata keçirilən tədbirlərə bənzəyir.
Bundan əlavə, "Telegram" təşkilatlara kanalları yoxlamaq üçün mini proqramlardan istifadə etməyə imkan verəcək. Bu məqsədlə "Telegram" daxilində ayrıca mərkəzləşdirilməmiş bazar yaradılacaq.
"Web3" səhifələrini dəstəkləyən proqramdaxili brauzer və mini proqramlar mağazası da işə salınacaq. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Startup nədir və necə olur?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
McDonalds haqqında maraqlı faktlar