"Tesla" 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq
2025-ci ildə "Tesla" daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq və 2026-cı ildə şirkət onların kütləvi istehsalına başlamaq niyyətindədir. Bu barədə "Tesla"nın baş direktoru İlon Mask bildirib.
"Gələn il "Tesla" həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq və ümid edirəm ki, 2026-cı ildə digər şirkətlər üçün kütləvi istehsal başlayacaq", – deyə o, "X"də yazıb.
"Tesla" 2022-ci ilin yazında "Optimus" kimi tanınan ilk insanabənzər robotunu təqdim edib. O zaman Mask belə maşınların istehsalının avtomobil biznesindən potensial olaraq daha böyük ola və işçi qüvvəsi çatışmazlığının öhdəsindən gəlməyə kömək edə biləcəyini söyləyib.
Belə robotlar süni intellekt sistemi, həmçinin "Tesla" elektrik avtomobillərində istifadə olunan sensorlar dəsti ilə təchiz ediləcək. Üz əvəzinə faydalı məlumatları göstərmək üçün monitora sahib olacaqlar. Maskın sözlərinə görə, insanabənzər robotların sayı 1 milyarda çatacaq. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi