Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda

Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda®8–10 oktyabr tarixlərində III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub.
Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan forum dövlət qurumlarının, maliyyə institutlarının, yerli və xarici şirkətlərin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində kənd təsərrüfatına investisiyaların cəlb edilməsi, aqrar sahibkarlığın dəstəklənməsi, maliyyə resurslarına çıxış imkanlarının artırılması və sektorda yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir bankın aqrar sektorun inkişafına verdiyi davamlı dəstəkdən danışıb.
O bildirib ki, "Ziraat Bank Azərbaycan" ASC olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların etibarlı maliyyə tərəfdaşı olmaqla yanaşı, onların bizneslərinin inkişafına, fəaliyyətlərinin genişləndirilməsinə və yeni imkanlar qazanmalarına hər zaman xüsusi önəm veririk.  Dr. Selçuk Demir çıxışında kənd təsərrüfatı, su və enerji resurslarının qlobal əhəmiyyətinə diqqət çəkərək bu sahələrin dünyanın gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. "Kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz, iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır", – deyə o qeyd edib.
Forum çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC tədbirin baş sponsoru olaraq təltif edilib.
Forumda həmçinin Azərbaycan–Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Zaur Kərimov çıxış ediblər.
Qeyd edək ki, Beynəlxalq Aqro Biznes Forumu ənənəvi beynəlxalq biznes platforması kimi fəaliyyətini davam etdirir. 2023-cü ildə keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı təmsil olunub.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro ForumdaTorpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro ForumdaTorpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro ForumdaTorpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda/ banker.az

Banklar     Tarix: 12 oktyabr 2026

Oxşar xəbərlər

"PASHA Bank Georgia"da rəhbər vəzifəyə yeni təyinatlar olub

"PAŞA Maliyyə Holding"in Gürcüstandakı törəmə bankı "PASHA Bank Georgia" Səhmdar Cəmiyyətində Müşahidə Şurasında dəyişikliklər edib. xəbər verir ki, 2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahid

İranın Azərbaycandakı bankının mənfəəti və gəlirləri azalıb

2026-cı ilin yanvar-sentyabr aylarında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.2% azalaraq 3 milyon 144.2 min manat təşkil edib. 2025-ci ilin ilk 9 ayında filia

"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Aqrar biznesə dəstək: "PAŞA Sığorta" 280 000 manata yaxın zərəri ödədi

"PAŞA Sığorta" Azərbaycanın bölgələrindən birində sel hadisəsi nəticəsində zərər görən şirkətin itkilərini qarşılayıb. Aqrar sahədə fəaliyyət göstərən şirkətə 277 493 manat məbləğində sığorta ödənişi həyata keçirib

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

 AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

ABB-də rəhbər vəzifəyə yeni təyinat

"ABB"də rəhbər vəzifəyə yeni təyinat olub. xəbər verir ki, Ülvi Qasımov bankın Baş direktoru vəzifəsinə təyin edilib. Ülvi Qasımov 2026-cı ilin iyunundan "ABB Invest İnvestsiya Şirkəti" ASC-nin və "AB

Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir

Rusiyada "Freedom" şirkətlər qrupu ilə əlaqəli qiymətli kağızlara investisiya yatıran qapalı investisiya fondunun payçıları Rusiya Mərkəzi Bankına və prokurorluğa müraciət ediblər. Narazılığa səbəb fond paylarını

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas


iqtisadi xeberler biznes xeberleri bitcoin dollar kursu bitkoin qiymeti