Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6.5%-dək endirəcək
Beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini daha da azaldacağını proqnozlaşdırıb.
"Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda faiz dərəcəsinin bu ilin üçüncü rübünün sonuna qədər 7%, ilin sonunda isə 6.5% olacağı gözlənilir.
"Bizim ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 2025-ci ildə 5.50%, 2026-cı ildə isə 5.00% civarında müəyyən edəcək"- "Trading Economics" əlavə edib.
Qeyd edək ki, sonuncu dəfə bu il iyunun 21-də AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi