Tramp işçiləri hədələdi:"Layihələr qalıcı olaraq dayandırılacaq"
ABŞ Prezidenti Donald Tramp, hökumətin bağlanmasının davam etdiyi təqdirdə federal işçilərin işdən çıxa biləcəyi və layihələrin dayandırıla biləcəyini bildirib. Eyni zamanda o, amerikalıların yeni gömrük vergilərindən əldə olunan gəlirlərdən geri ödəmə çekləri ala biləcəyini də istisna etməyib.
Biznes.az xəbər verir ki, Tramp, "İşdən çıxarmalar ola bilər və bu onların günahıdır" deyərək Konqresdəki Demokratları hədəf göstərib və əlavə edib:
"Onların istədiyi layihələri, sevdikləri layihələri kəsə bilərik və bunlar qalıcı olaraq dayandırılacaq. Əslində heç vaxt təsdiqlənməməli olanları kəsmək hüququm var və çox güman ki, bunu edəcəyəm."
O həmçinin bildirib ki, yeni gömrük vergilərindən əldə olunan gəlirlər hələ indi artmağa başlayıb, amma sonda ildə 1 trilyon dollara çata bilər. Bu vəsaitin bir hissəsi isə hökumətin borcunu ödəmək üçün istifadə olunacağını qeyd edən Tramp hökumətin borcunun 38 trilyon dollara çatacağını qeyd edib.
Hökumətinin gömrük vergisi gəlirlərini amerikalılara endirim çekləri vermək üçün istifadə etməyi düşündüyünü də deyən Tramp, "Həmçinin, amerikalı xalqına dividendlə (temettü kimi) bir pay da verə bilərik. 1.000 ilə 2.000 dollar arasında bir məbləğ düşünürük. Bu əla olar",-deyə qeyd edib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı