TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edib

TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edibAzərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC 2023-cü ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankdan Marja.az-a daxil olmuş press-relizdə bildirilir ki, 1 oktyabr 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.6% və ya 12.9 mln. manat artaraq 833.8 mln. manat, müştərilərə verilmiş kreditləri 9.1% və ya 50 mln. manat artaraq 598.6 mln. manat olub.
Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verilmiş kreditləri 10.4% və ya 32.6 mln. manat artaraq 346.5 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli isə ötən ilin sonu ilə müqayisədə 1.7% və ya 7,3 mln. manat artaraq 436.6 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 19.2% və ya 63 mln. manat artaraq 390.9 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq sayca 20-ci satış nöqtəsini - yeni Fəvvarələr şöbəsini fərdi və korporativ müştərilərin istifadəsinə verib. Qeyd edək ki, TuranBank-ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir. Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası  kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Bayram günlərində işləyəcək banklar açıqlanıb

20 – 30 mart 2026-cı il tarixləri olan qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə  Mərkəzi Bankdan bildirilib

"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib

Azərbaycanın "BB-" səviyyəsində olan suveren reytinqi ilə bankların böyük əksəriyyətinin reytinqləri arasında mövcud fərq maliyyə institutlarının daha zəif öz kredit profilləri ilə izah olunur (onların dayanıqlı

Rusiya Bankı ötən ili zərərlə başa vurub

Rusiya Bankı 2025-ci il üçün 184,8 milyard rubl (2,2 milyard ABŞ dolları – Qeyd) xalis zərərlə üzləşib, əvvəlki ildə isə mənfəət 199,5 milyard rubl (2,3 milyardan çox ABŞ dolları – Qeyd) olub. Bu barədə məlumatlar tənzimləyicini

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklə

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

()  Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq. Qeyd oluna

Kapital Bank-da məktəblilər üçün "Smart Money Talks" sessiyası təşkil edildi

Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş "Smart Money Talks" adlı maarifləndirici sessiya təşkil edib. Dünyanı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətin

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazların

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl


iqtisadi xeberler kripto telefonla pul qazanmaq bitkoin almaq leobank kart